EN

Suriyanın müvəqqəti rəhbəri bu şəxs oldu

Suriyanın keçid hökumətinə kimin rəhbərlik edəcəyi məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, keçmiş baş nazir Riyad Hicabdır.

58 yaşlı Riyad Fərid Hicab siyasi karyerasına “Bəəs” partiyasının yerli təşkilatlarından birinin rəhbəri kimi başlayıb. 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifəsində işləyib. 2012-ci ilin iyun-avqust aylarında isə Baş nazir postunu tutub.

Qeyd edək ki, o, istefaya göndərildikdən sonra ailəsi ilə birlikdə İordaniyada yaşayıb.

Chosen
20
7
turkustan.az

8Sources