Suriyanın keçid hökumətinə ölkənin sabiq baş naziri Riyad Hicab rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub.
Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub. R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.
Bizim.Media