"Hazırda Azərbaycanın xaricdəki iki səfirliyi - Liviya və Suriyada, həmçinin Odessadakı baş konsulluğu fəaliyyət göstərmir". SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, 2001-ci ildə diplomatik xidmət haqqında qanun qəbul ediləndə təxminən 40-a yaxın diplomatik missiyamız var idi: “Bu gün isə 71 səfirliyimiz, 5 daimi nümayəndə, Fələstində 1 təmsilçilik ofisi və 15 konsulluğumuz fəaliyyətdədir”.