Suriyanın keçid hökumətinə keçmiş baş nazir Riyad Hicab rəhbərlik edəcək.
Xezerxeber.az-ın məlumatına görə, bu iddia ilə “Le Figaro” nəşri çıxış edib.
58 yaşlı Riyad Fərid Hicab siyasi karyerasına “Bəəs” partiyasının yerli təşkilatlarından birinin rəhbəri kimi başlayıb. 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifəsində işləyib. 2012-ci ilin iyun-avqust aylarında isə Baş nazir postunu tutub.
İstefaya göndərildikdən sonra ailəsi ilə birlikdə İordaniyada yaşayıb.