"GiveMeSport" futbol tarixinin ən yaxşı müdafiəçilərinin reytinqini dərc edib.
Publika.az xəbər verir ki, birinci sırada “Bayern”in və Almaniya millisinin əfsanəvi müdafiəçisi, iki dəfə “Qızıl top”un qalibi olan Frans Bekkenbauer qərarlaşıb.
İkinci yerdə "Milan"ın və İtaliya futbolunun simvolu hesab edilən Paolo Maldini yer alıb. "İlk üçlüy"ü "rossonierlər"in başqa bir əfsanəsi Franko Barezi qapayıb.
"İlk onluq"da Azərbaycan futboluna tanış olan ad da qərarlaşıb. Söhbət milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torresdən gedir. Braziliya millisinin əfsanəvi kapitanı 1970-ci ildə komandası ilə dünya çempionu olub.
Qeyd edək ki, Karlos Alberto Torres 2004-cü ilin yanvarından 2005-ci ilin iyun ayınadək Azərbaycan millisinə rəhbərlik edib. O, yığmanın ilk əcnəbi baş məşqçisi olub. Torres 2016-cı ildə 72 yaşında vəfat edib.