EN

Ərdoğanın nəvəsi ilə dialoqu maraqla qarşılandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Gənclərlə görüş” adlı tədbirdə iştirak edib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, tədbir Ərdoğanın Qaziantepə səfəri zamanı baş tutub.

Prezident gənclərin suallarını cavablandırıb.

Tədbirdə Ərdoğanın nəvəsi Ali Tahir Ərdoğan da olub və bu zaman tərəflər arasında maraqlı dialoq yaşanıb.

Belə ki, mikrofonu götürən gənc “Adım Ali Tahirdir. Cənab Prezidentimiz, əslində mənim sualım yoxdur. 11 yaşlı bir gənc olaraq bu imkanı bizə verdiyiniz üçün sizə çox təşəkkür edirəm”, – deyib.

Bunun ardınca Ərdoğan ondan özünü təqdim etməsini istəyib. O isə gülərək adının Ali Tahir Ərdoğan olduğunu bildirib.

Chosen
25
17
konkret.az

10Sources