EN

Armatur istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 382,9 min ton armatur istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 38,2 faiz və ya 105,9 min ton üstələyir.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 24,1 faiz və ya 12,8 min ton artım qeydə alınıb. Oktyabr ayında 65,8 min ton armatur istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 28,4 min ton təşkil edib.

Chosen
68
1
vergiler.az

2Sources