Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.
Bu nəşrlər keçid hökumətinin rəhbərliyini 2012-ci ilin iyun-avqust aylarında Suriyanın baş naziri vəzifəsini icra etmiş Hicabın üzərinə götürəcəyinə işarə edir.
Qəzet qeyd edib ki, bu yolla Vaşinqton Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd Əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şara ilə iş görməyəcək.
Məlumata görə, Əl-Culani Dəməşqdə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının rəhbəridir.