EN

Salome Zurabişvili dövlət mühafizəsindən məhrum edilir

Gürcüstan prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti bitəndən sonra növbəti bir il ərzində dövlət mühafizəsi təmin olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı hakim “Gürcü Arzusu” partiyası qanun layihəsi hazırlayıb.

Sənədə əsasən, prezident, baş nazir və parlament sədri özü və ya hərəkətləri ilə ölkə konstitusiyasını pozduğu halda səlahiyyətləri başa çatandan sonra dövlət mühafizəsindən məhrum ediləcək.

Qanun layihəsinin bu həftə ərzində parlamentdə qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda mövcud olan qanunvericiliyə əsasən, prezidentlər səlahiyyət müddəti başa çatdıqdan bir il sonrayadək dövlət mühafizəsi ilə təmin olunurlar.

Ötən il Gürcüstanın Konstitusiya məhkəməsi S.Zurabişvilinin əsas qanunu pozduğunu təsdiqləmişdi. Konstitusiya iddiası qaldırmış hakim “Gürcü Arzusu” partiyası yetərli səs sayı olmadığından onun impiçmentinə nail ola bilməmişdi.
S.Zurabişvilinin səlahiyyət müddəti bu ilin dekabrın 29-da başa çatır.


Müəllif: Cəmilə Babayeva
Chosen
35
teleqraf.com

1Sources