EN

Əhaliyə CİDDİ XƏBƏRDARLIQ: ilin sonuna qədər və növbəti il ərzində...

Günəş fəaliyyətinin maksimum mərhələsinə qədəm qoyub. Bu, tac kütləsinin atılması ilə müşayiət olunan alovların artmasına səbəb olur.

Ekologiya.az xəbər verir ki, Günəşin aktivliyini və Yerin maqnit sahəsindəki dalğalanmaları izləyən Weather Agent resursunun verdiyi məlumata görə, dekabrın 9-da planetimiz yenidən maqnit qasırğasının hücumuna məruz qalıb. Güc nisbəti yüksək olan bu maqnit qasırğası insanların əhvalına təsir edə biləcək K-indeksi 5-ə (qırmızı səviyyə) qədər artıb.

NASA alimləri Günəş maksimumu kimi tanınan günəş aktivliyi zirvəsinin təxminən bir il davam edəcəyini ehtimal edir. Bu dövr ərzində Günəşdə güclü alovlar və tac kütlələrinin atılması kimi bir çox partlayış xarakterli hadisələr qeydə alınacaq. Məsələn, adi hallarda il ərzində Günəşdə X sinfinə aid 10-a yaxın gücü alov qeydə alınırsa, bu il artıq 41 belə hadisə baş verib. Bu alovlar enerji və radiasiya emissiyalarını ifadə edir və çox vaxt plazma püskürmələri ilə müşayiət olunur.

Alimlərin proqnozlarına görə, ilin sonuna qədər və növbəti il ərzində Günəşdə çox sayda alov və tac kütlələrinin atılması davam edəcək. Bu hadisələr Yerdə daha çox geomaqnit qasırğalarına səbəb olacaq ki, bu da insanların səhhətinə, texnoloji sistemlərə və elektrik şəbəkələrinə potensial təsir göstərə bilər.

Chosen
9
20
ekologiya.az

10Sources