EN

Gürcüstanlı futbolçunun "Şamaxı"dan ayrılma səbəbi bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şamaxı"nın gürcüstanlı futbolçusu klubdan ayrılıb.
Gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya Azerisport.com saytına Azərbaycanın "Şamaxı" futbol klubundan ayrıldığını təsdiqləyib.
"Bəli, mən Şamaxıdan getdim. Bu doğrudur. Niyə? Komanda daxilində anlaşılmazlıqlar, münaqişələr yaranmağa başladı. Ona görə də ayrılmaq qərarına gəldim. Artıq qərar verilib və mənim gedişim baş tutub. Xeyr, söhbət maliyyə məsələlərindən getmir, maaşla bağlı heç bir problem yox idi. Bütün pulları və maaşları klub ödədi. Problem sadəcə fərqli idi. Artıq dediyim kimi, komandada münaqişə yarandı. "Şamaxı"ya qarşıdakı oyunlarda uğurlar arzulayıram", - deyə Kantariya bildirib.
Chosen
50
50
oxu.az

10Sources