EN

Rusiya Türkiyənin köməyinə möhtac qaldı: Qoşunlarını çıxara bilmir

Rusiya Federasiyası Suriyadan hərbi kontingentini çıxarmaq üçün Türkiyədən kömək istəyib.

Publika.az xəbər verir ki, bu barədə "CNN Türk" öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, yalnız Tartus dəniz bazası və Xmeym aviabazasının qüvvələri istisna olacaq.

Bununla belə, qəzetin yazdığına görə, Moskva hazırda qoşunlarının bir hissəsinin təhlükəsiz şəkildə çıxarılması üçün yollar və Ankaranın dəstəyini axtarır.

“Görünür, bu qoşunlar Türkiyə silahlı qüvvələrinin nəzarətində olan əraziyə köçürüləcək, sonra isə hava yolu ilə Rusiyaya göndəriləcək.

Maraqlıdır ki, Suriyadakı vəziyyəti və Əsəd rejiminin devrilməsini şərh edən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Dəməşq hakimiyyətinə kifayət qədər dəstək verə bilməyəcəyini bəyan edib.

Chosen
21
1
publika.az

2Sources