EN

Suriyanın İrandakı səfirliyi öz işini dayandırdı

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Dəməşqdə və ümumilikdə ölkə daxilində baş verən hadisələrlə əlaqədar Suriyanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. 

Diplomatik nümayəndəliyin qarşısında polis əməkdaşları keşik çəkirlər. Binanın foto və ya video çəkilişi qadağan edilib. Binanın üzərindən bayraqlar çıxarılıb. Qeyd edək ki, yeni hakimiyyət Suriyanın bayrağında dəyişikliklər edib.

Bundan əvvəl Suriya paytaxtındakı İran səfirliyi qarət edilib. Ardından səfirlik əməkdaşları İraq, Ermənistan və digər ölkələrin səfirlikləri ilə birlikdə evakuasiya edilib.

Suriyanın Moskvadakı səfirliyi işinə davam edir. Bu gün Suriyanın Rusiyadakı səfirliyinin binasından yeni bayraq asılıb. Rusiyanın rəsmi şəxsləri Suriyada hakimiyyəti ələ keçirmiş müxalifətlə təmasdadırlar.

Hürr Tərcüman

Chosen
42
hurriyyet.az

1Sources