EN

Barış Alper Yılmaz və Viktor Osimhenin sağlamlıq durumu açıqlanıb

Türkiyə Super Liqasının XV turunda "Qalatasaray"ın "Sivasspor"la qarşılaşdığı matçda Viktor Osimhen və Barış Alper Yılmaz zədələnib.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" iki futbolçunun sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.

Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.

Həmin qarşılaşmada zədə alan Barış Alperin sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib. Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.

Barış Alper Yılmazın təxminən 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Milli futbolçunun ödəm vəziyyətindən asılı olaraq meydana qayıtması 1 ay çəkə bilər.

Viktor Osimhen isə təxminən 2 həftə oynaya bilməyəcək.

Qeyd edək ki, hər iki futbolçunun müalicəsinə başlanılıb.

Sabiq "Fənərbaxça"lı karyerasını bitirib

"Arsenal" Premyer Liqada özünə yeni hücumçu tapıb

“Liverpul” türkiyəli futbolçu ilə maraqlanır

Daha bir klub Türkiyə Kubokundan imtina etdi - Rəsmi

"Qalatasaray" rəsmisi MHK sədrini istefaya dəvət edib

Chosen
39
1
apasport.az

2Sources