Tanınmış azərbaycanlı iş adamı Adnan Əhmədzadə “Mingəçevir” Futbol Klubunu alması ilə bağlı məlumatlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, iş adamı sözügedən xəbərin paylaşıldığı idman səhifələrindən birinə rəy yazaraq məlumatı təkzib edib.
O, şərhdə “Fake news-Doğru xəbər deyil", - yazıb.
Qeyd edək ki, bir neçə gün öncə onun “Mingəçevir” FK-nı almaq üçün AFFA-ya müraciət etdiyi, klubu yeniləməyi və performansını yüksəltməyi hədəflədiyinə dair xəbərlər yayılmışdı.
FİFA referisi İkinci Liqa matçında
AVRO-2026: Millimizin heyəti açıqlanıb
Slavik Alxasov: "Ümumiyyətlə, penalti necə olur ki?"
"Araz-Naxçıvan" "Qarabağ"ın hegemonluğuna son qoydu
Alxasov mövsümdə 2-ci, tarixdə 29-cu oldu