Tam adı Luis Karlos Almeyda da Kunya olan, hamının Nani olaraq tanıdığı portuqaliyalı ulduz futbolçu karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, qərarını sosial şəbəkə hesabı üzərindən paylaşaraq vida mesajı yayıb:
"Vadalaşmağın vaxtı gəldi, peşəkar oyunçu kimi karyeramı bitirmək qərarına gəldim. Bu, heyrətamiz bir səyahət oldu. 20 ildən çox davam edən karyeramda mənə kömək edən, yüksək və enişlərdə dəstək olan hər kəsə təşəkkür etmək istədim. İllər mənə çoxlu unudulmaz xatirələr bəxş etdi.
Təşəkkür edirəm”.
38 yaşlı futbolçu karyerası ərzində Portuqaliya millisi ilə 2016-cı il Avropa çempionatı da daxil olmaqla, 17 kubok qazanıb.
Mirağa