EN

SURİYANIN YENİ BAŞ NAZİRİ MƏLUM OLDU - Məhəmməd Əl-Bəşir kimdir? + VİDEO

Suriyada Bəşər Əsəd rejimini devirən HTŞ-nin rəhbərlik etdiyi müxalif qrupların ələ keçirdiyi Dəməşqdə müvəqqəti baş nazir postuna Məhəmməd Əl-Bəşir gətirilib.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə nəşrləri məlumat yayıb.

Məlumat üçün qeyd edək ki, 1983-cü ildə İdlibdə anadan olan Məhəmməd Əl-Bəşir 2007-ci ildə Hələb Universitetinin Elektrik mühəndisliyi fakültəsini bitirib. 2011-ci ildə Suriya Qaz Şirkətində menecer kimi işə başlayıb. İdlib Universitetində şəriət və hüquq üzrə bakalavr dərəcəsi alan Bəşir dövlət idarəçiliyi üzrə də təhsil alıb. O, 2022-2023-cü illər arasında Qurtuluş Hökumətində İnkişaf və Humanitar İşlər Naziri vəzifəsində çalışıb.

“AzPolitika.info”

Chosen
52
azpolitika.info

1Sources