EN

Zelenski Tramp və Makronla münaqişənin dondurulmasını müzakirə edib

Zelenski Tramp və Makronla münaqişənin dondurulmasını müzakirə edib

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşündə Ukraynadakı münaqişənin dondurulmasını müzakirə etdiyini bildirib.AFN.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. “Biz dondurulmuş münaqişə haqqında danışarkən dedim ki, biz dünyada hamıdan çox münaqişənin sonunu istəyirik" - deyə o, bildirib.Zelenski əlavə edib ki, onun fikrincə, Rusiya münaqişəyə son qoymağın əleyhinədir və bu vəziyyəti dəyişmək üçün ABŞ və Avropa Ukraynanı hərbi cəhətdən gücləndirməlidir. O, əlavə edib ki, münaqişəyə son qoymaq üçün Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır. Onun sözlərinə görə, belə bir təminat NATO-ya daxil olmağa dəvət ola bilər.

Chosen
8
afn.az

1Sources