Silahlı müxalifətin hökumət qoşunlarına qarşı hücuma keçməsindən sonra Suriya prezidenti Bəşər Əsəd İran hökumətindən kömək istəməyib.
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçi deyib.
İranlı nazir televiziyaya müsahibəsi zamanı Suriyadakı vəziyyətdən danışıb.
"O, heç vaxt bizdən kömək istəməyib", - Abbas Araqçidən Bəşər Əsəd barədə deyib.
Nazir Bəşər Əsədi İranın tövsiyələrinə baxmayaraq, müxalifət qüvvələri ilə danışıqlara getməyə çalışmadığına görə tənqid edib. Araqçi deyib ki, Tehran Suriyadakı vəziyyətin qonşu dövlətlər üçün mənfi nəticə verməyəcəyinə əmin olmaq üçün onun inkişafını izləyir.
Diplomat qeyd edib ki, Suriyadakı dəyişikliklər Dəməşqlə münasibətlərdə transformasiyalara səbəb olacaq. Bundan əvvəl İran və Suriya Ərəb Respublikası “Müqavimət oxu”nu İsrailə qarşı ittifaq yaratmışdılar.
İranın xarici işlər naziri "Təbii ki, müqavimət cəbhəsi zərər görəcək" deyib, lakin müqavimətin davam edəcəyinə əminliyini ifadə edib.