EN

Azərbaycanda indiyədək 103 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

Bakı, 9 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən indiyədək ölkə ərazisində 103 min 419 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 808,3 milyon manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 milyard manatdan, yaxud 11,5 faizdən çoxdur.

Chosen
18
5
azertag.az

10Sources