EN

Bu ölkə suriyalı qaçqınlara sığınacaq verməyəcək

Belçika hökumət suriyalılara sığınacaq verilməsi prosedurlarını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belçikanın "Belqa" agentliyi məlumat yayıb.

 

Məlumata örə, Belçikanın Qaçqınlar və Vətəndaşlığı olmayan Şəxslər üzrə Baş Komissarlığı “Suriyadan olan insanlara qaçqın statusu verilməsi üçün bütün prosedurları dayandırıb”.

 

Komissarlığın rəsmi nümayəndəsi Olivier Brasseur qeyd edib ki, Suriyadakı vəziyyət mümkün qayıdış risklərini qiymətləndirmək üçün çox qeyri-müəyyəndir.

 

Agentliyin məlumatına görə, 11 milyon əhalisi olan Belçikada son 10 ildə Suriyadan olan 35 min nəfər rəsmi qaçqın statusu alıb.

Chosen
33
modern.az

1Sources