EN

Bakıda uşağın qarnından qapı dəstəyi çıxarıldı - FOTO

Bakıda azyaşlının qarnından qapı dəstəyi çıxarılıb.

 

Sfera.az xəbər verir ki, Xətai Tibb Mərkəzinə gətirilən 10 yaşlı uşağın qarın boşluğuna qapı dəstəyi batdığı məlum olub.

 

Əməliyyat edilən xəstənin vəziyyətinin hazırda qənaətbəxş olduğu qeyd edilib.

 

“Lent.az”ın məlumatına görə, sözügedən hadisə 107 nömrəli məktəbdə baş verib.

 

Belə ki, 5-ci sinif şagirdi məktəbin sanitar qovuşağına gedərkən sürətlə qaçdığı üçün qapının dəstəyinə toxunub. Nəticədə yad cisim şagirdin qarın boşluğuna batıb.

 

Məsələ ilə bağlı dərhal təcili-tibbi yardıma müraciət olunub və şagirdin valideynlərinə məlumat verilib.

 

Azyaşlı tibb müəssisəsinə çatdırılıb.

Chosen
30
9
sfera.az

10Sources