Bakı. Trend:
Dekabrın 9-da Hərbi Prokurorluqda xalqımızın Ümummilli Lideri,dünyaşöhrətli siyasətçi Heydər Əliyevin vəfatının 21-ci ildönümünəhəsr olunmuş anım mərasimi təşkil edilib.
Trend xəbər verirki, tədbir çərçivəsində Hərbi Prokurorluğun inzibati binasındakı“Heydər Əliyev guşəsi” ziyarət olunub. Ulu Öndərin büstü önünə güldəstələri düzülərək, onun parlaq xatirəsinə dərin ehtiram ifadəedilib.
Mərasim başlamazdan əvvəl iştirakçılar Ümummilli Liderin,həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrundacanlarını fəda etmiş şəhidlərimizin unudulmaz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləklərinibildiriblər.
Mərasimdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror,ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim Vətən eşqi ilədöyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanınsərt sınaqlarından yüksək məharətlə çıxaran, istiqlal yolumuzu vəistiqbalımızı işıqlandıran Ulu Öndər Heydər Əliyevin Azərbaycantarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədəndemokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizinqüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində müstəsnaxidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflıdanışıb. X.Vəliyev bildirib ki, şərəfli ömrünü ölkəmizin hərtərəfliinkişafına və millətimizin parlaq gələcəyinə həsr edən ÜmummilliLider Heydər Əliyev dövlətçiliyin ideoloji-siyasi əsaslarınıyaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdəəbədiyaşarlıq qazanıb: “Azərbaycanın gələcəkdə dövlətmüstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren birölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələUlu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərindərespublikamıza birinci rəhbərliyi dövründə işlənib hazırlanıb. Dahişəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi iləqayıdışından sonra vəziyyət müsbətə doğru dəyişib. Azərbaycanınmüasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən bu böyükqayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizinitirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkardəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub,ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digərzəruri tədbirlər görülüb. Bununla da Azərbaycan tərəqqi yolunaqədəm qoyub. Bu il Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətəgəlişinin 55-ci ildönümüdür. Dahi insanın müqəddəs vətənpərvərlikmissiyası ilə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi Prokurorluqtərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxiliİşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə HallarNazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin hərbiqulluqçuları, eləcə də müxtəlif dövlət qurumları, şəhər və rayonrəhbərlikləri ilə birlikdə 20-dən artıq tədbir keçirilib”.
Hərbi prokuror X.Vəliyev bildirib ki, Ulu Öndər Heydər ƏliyevinAzərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yenimüstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirəndövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 21 ilərzində ölkəmizdə misilsiz işlər görülüb, çoxşaxəli köklüislahatlar həyata keçirilib, bütün istiqamətlərdə misli görünməmişuğurlar əldə olunub: “Ölkəmizdə bu il keçirilən COP29 dövlətimizingücünün və ölkə rəhbərinin nüfuzunun bariz nümunələrindən biridir.Prezident İlham Əliyevin dərin zəkası, mükəmməl rəhbərliyi vəxalqın müdrikliyi, əzmkarlığı, eləcə də hakimiyyətlə xalq arasındaolan sıx bağlılığın sayəsində iqtisadiyyatımız daha da güclənib,ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimizformalaşıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha daartmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib.Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi dəşərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 iləyaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımızişğaldan azad edilib. Bütün dünyada baş verən neqativ proseslərə, ocümlədən postpandemiya dövrünə, eləcə də müharibədən çıxmış ölkəolmağımıza rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilədövlətimizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalininrifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gündə uğurla təmin edilir. Əldə olunan uğurlarda, eləcə də ölkəmizinbeynəlxalq əlaqələrinin inkişaf etdirilməsində zəngin biliklərə,iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan,sadəliyi, səmimiliyi və insanpərvərliyi ilə xalq məhəbbəti qazanmışAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsnafəaliyyəti mühüm əhəmiyyət kəsb edir”.
Daha sonra Milli Məclisin deputatları Vasif Qafarov, SəbinəSalmanova, Tural Gəncəliyev, Nigar Məmmədova, Pərvanə Vəliyeva vədigər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalıömür yolundan, o cümlədən zəngin və çoxşaxəli fəaliyyətindən bəhsediblər.
Prezident İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələnbənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran Hərbiprokuror Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivimillətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndərsiyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində,onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilənmütərəqqi islahatlarda yaxından iştirak edərək dövlətmüstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığınqorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq vəazadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbiintizamın, qanunçuluğun və hüquq qaydasının daha damöhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icraetməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan siyasətidaim dəstəkləyəcək.
Çıxışının sonunda X.Vəliyev qeyd edib ki, şərəfli ömrünümillətinə həsr edərək Vətən qarşısında müstəsna xidmətlərgöstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmışdünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə vəazərbaycanlıların qəlbində əbədi olaraq qalacaq və nəhəng tarixişəxsiyyət daim dərin ehtiramla anılacaq.