EN

“İlin adamı” adına namizədlərin siyahısı AÇIQLANDI

Amerikanın nüfuzlu “Time” jurnalı 2024-cü ilin “əsas adamı” adına 10 namizədi açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyahıya İsrailin baş naziri Benyamin Netanyahu, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, amerikalı milyarder İlon Maskın adı da daxil olub.

Bundan əlavə, keçmiş rusiyalı müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, həmçinin “Meta”nın qurucusu Mark Zukerberqin adı da namizədlər arasındadır.

Qalibin adı dekabrın 12-də açıqlanacaq.

Qeyd edək ki, 1927-ci ildən Amerikanın “Time” jurnalı dünyaya müsbət və ya mənfi mənada ən çox təsir edən şəxsi seçir. Əvvəlki qaliblər arasında amerikalı pop müğənni Teylor Svift, Ukrayna prezidenti Volodimir Zelenski və amerikalı milyarder İlon Mask olub.

Bizim.Media

Chosen
29
1
bizim.media

2Sources