Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin sosial şəbəkədəki səhifəsində məlumat verilib.
“Essex Universitetinin qlobal vitse-prezidenti, kommunikasiyalar və xarici əlaqələr direktoru Vanessa Potter və ölkə üzrə menecer Mohamed Talhanı salamlamaqdan məmnun olduq. Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə aparılıb”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.