EN

“Qalatasaray” onları itirdi

“Qalatasaray”ın futbolçuları Barış Alper Yılmaz və Viktor Oşimen zədələniblər. 

“Qafqazinfo” “NTV Spor”a istinadən xəbər verir ki, onlar Superliqanın 16-cı turunda “Sisvasspor”la matçda (3:2) sıradan çıxıblar.

24 yaşlı hücumçu və 26 yaşlı forvard tibbi müayinədən keçiblər. 

Barışın 3 həftə, Oşimenin isə 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Hər iki futbolçu Avropa Liqasında “Malmö”, Super Liqada isə “Trabzonspor” və “Kayserispor”la oyunları buraxacaq.

Chosen
65
1
qafqazinfo.az

2Sources