EN

Notr-Dam kilsəsinin bərpasında kansoragen maddədən istifadə edilib

Paris Notr-Dam kilsəsinin damının bərpası zamanı 460 kq kanserogen qurğuşundan istifadə edilib.

“İki sahil” xəbər verir ki, bunu Həmkarlar İttifaqının ümumi əmək konfederasiyasının Paris bölməsinin baş katibi Benua Martin bəyan edib.

“Bu məsuliyyətsiz seçimdir. Qurğuşun çox təhlükəlidir və həm yenidənqurmada iştirak edən işçilər, həm də ətraf ərazilərin sakinləri və kafedralın ziyarətçiləri üçün risk yaradır”, - deyə o qeyd edib.

Marten deyib ki, 2019-cu ildə kafedralın tavanı yanan zaman əriyən 400 kq qurğuşun yaxınlıqda yaşayan uşaqların səhhətinə mənfi təsir göstərib.

“2022-ci ildə Saturnizm xəstəsi olan valideynlər və xəstələr birlikləri üçüncü şəxslərin təhlükəsinə məruz qalma maddəsi ilə Regional Səhiyyə Agentliyinə, Mədəniyyət və Səhiyyə Nazirliyinə qarşı iddia qaldıraraq şöbələri səhlənkarlıqda ittiham ediblər”.

Chosen
249
1
ikisahil.az

10Sources