EN

"Azərcell" bu internet paketlərində dəyişikliklər etdi

"Azərcell" 2 tarif paketində dəyişikliklər edir.

 

 FED.az xəbər verir ki, təqdim edilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi və korporativ müştərilərə təklif olunan paketlərin optimallaşdırılması məqsədi ilə 14 yanvar 2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “GigaMax” və “GigaMax+” internet paketlərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

 

İnternet paketin adı

İstifadə müddəti

Maksimal sürət (mb/s)

Qiymət (AZN ƏDV daxil)

Təqdim edilən həcm

“GigaMax”

30 gün

1

16,9

60 GB

“GigaMax+”

30 gün

7

26,9

80 GB

 

Müvafiq paketlərə qoşulmuş abunəçilər paketin növbəti yenilənməsindən sonra yeni şərtlərə uyğun olaraq paketlərdən istifadə edə biləcəklər. Müvafiq dəyişiklik ilə “GigaMax+” internet paketi çərçivəsində təqdim edilən internetdən istifadə sürəti artırılaraq daha rahat və əlverişli istifadə imkanı yaradılır. “GigaMax” və “GigaMax+” internet paketlərinin digər şərtləri əvvəlki kimi qalmaqda davam edir, abunəçilərə həmin Paketlər çərçivəsində təqdim edilən həcm bitdikdən sonra istifadə müddətinin sonunadək 256 kb/s sürət həddində limitsiz həcmdə, əlavə ödəniş etmədən istifadə etmək imkanı təqdim edilir.

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN) Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

 

Chosen
22
fed.az

1Sources