Son vaxtlar Serenay Sarıkaya və Mert Demir haqqında yenidən ayrılıq iddiaları ortaya çıxıb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə sevinc dolu şəkillərini paylaşan cütlük haqqında yayılan xəbərlər hələ ki təsdiqlənməyib. Cütlük, 2024-cü ilin avqust ayında da ayrılıq xəbərləri ilə gündəmə gəlmiş, lakin bu iddiaları rədd edərək münasibətlərinə davam etmişdilər.
Serenay Sarıkaya keçmişdə "reklam sevgisi" iddiaları haqqında verdiyi açıqlamada bunları demişdi:
"Belə şeylər artıq keçmişdə qalmayıb? Həqiqi həyatda belə şeylər varmı? İnsanların buna inanmağı mənə çox qəribə gəlir. Mən belə yaşamıram."
Hazırda yeni ayrılıq xəbərləri ilə bağlı cütlükdən hər hansı bir açıqlama verilməyib.
Lalə Qüdrətova
Milli.Az