EN

Renkanın adından dələduzluq - FOTOLAR

Rəqqasə Rəna Ağamuradova (Renka) votsapda adından istifadə edilərək dələduzluq edildiyini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə rəqqasə instaqram hesabında məlumat yayıb. Renka bildirib ki, naməlum şəxs onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.

 

"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır" deyə, Renka sosial şəbəkədə yazıb.

Chosen
36
3
sfera.az

10Sources