EN

2024-cü ilin adamı: Namizədlərin siyahısı məlum olub

AmerikanınTIME” jurnalı dekabrın 9-da “İlin adamı 2024” müsabiqəsini elan edib. Namizədlərin siyahısı təqdim edilib. 

 

Sfera.az bildirir ki, namizədlər arasında Donald Tramp, Kamala Harris, şahzadə Keyt Middlton, İlon Mask və başqaları var.

 

Qeyd edək ki, bu müsabiqə 1927-ci ildən bəri davam edən nəşriyyat ənənəsidir. “TIME” jurnalı qalibi 12 dekabr Cümə axşamı günü elan edəcək.

 

Bu il siyahıya ABŞ prezidentliyinə iki namizəd daxil olub. Bu, Demokratlar Partiyasının lideri, ABŞ-ın vitse-prezidenti Kamala Harris və onun rəqibi, prezident seçkilərinim qalibi Donald Trampdır. 2016-cı ildə Tramp prezident seçkilərində qalib gəldikdən sonra jurnala görə artıq “İlin adamı” olub.

 

Bu il siyahıya Uels şahzadəsi Keyt Middlton da daxil edilib. O, xərçənglə mübarizəsi üçün manşetlərə çıxıb və kimyaterapiyanı sentyabr ayında bitirdiyini açıqlayıb. Middlton əvvəllər 2013-cü ildə “TIME100” Ən Nüfuzlu Adamlar siyahısına daxil edilmiş və 2011-ci ildə İlin Adamı üçün ikinci olmuşdu.

 

Onlar arasında 2021-ci ildə artıq ilin adamı olmuş iş adamı İlon Mask da var. “Time” qeyd edir ki, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra Maskın təsiri artıb. O, Trampı açıq şəkildə dəstəkləyib, onun kampanyalarında çıxış edib və “X”də Trampı dəstəkləyən məzmun təbliğ edib. İlk onluqda həmçinin İsrailin baş naziri Benyamin Netanyahu da var. “TIME” onu "bu ilin ən nüfuzlu və mübahisəli dünya liderlərindən biri" adlandırıb.

 

Namizədlər arasında həmçinin: Meksika prezidenti Klaudiya Şeynbaum - Meksikanın ilk qadın prezidenti və 200 ildən artıq müstəqillik dövründə ölkənin ilk yəhudi lideridir.

 

“Facebook”, “Instagram” və digər platformalara sahib olan “Meta” CEO-su Mark Zuckerberg;

 

Mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı, nəşrin “Rusiya müxalifətinin birinci xanımı” adlandırdığı Yuliya Navalnaya;

 

Əvvəllər COVID-19 haqqında dezinformasiya yayan və irqi söyüşlərdən istifadə edən amerikalı podkaster Co Roqan;

 

2018-ci ildən ABŞ Federal Sisteminin sədri, ABŞ Federal Ehtiyatlar Sisteminə rəhbərlik edən Cerom Pauel. 

 

Qeyd edək ki, Pauell bu vəzifəyə Tramp tərəfindən namizəd göstərilsə də, seçilmiş prezident FED-i ilk səlahiyyət müddətində dəfələrlə tənqid edərək, onu faiz dərəcələrini çox yüksək saxlamaqda günahlandırıb.

 

“Time” qalibi 12 dekabr cümə axşamı elan edəcək.

 

Xatırladaq ki, ötən il Amerikanın “TIME” jurnalı “2023-cü ilin adamı” adına doqquz namizəd təqdim etmişdi. Finalçılar arasında Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Böyük Britaniya kralı III Çarlz və Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel də olub.

 

Xanım

Chosen
44
9
sfera.az

10Sources