EN

Qurudulmuş meyvə ixracından əldə olunmuş gəlir açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1 597,3 ton qurudulmuş meyvə ixrac olunub.

FED.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.

 Məlumata görə, hesabat dövründə qurudulmuş meyvə ixracından əldə olunan vəsait 5 milyon 137,2 min dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 17 faiz çoxdur.

Chosen
33
1
fed.az

2Sources