EN

Suriyadan çıxarılan qoşun Ukraynaya göndərilə bilər – “Cəbhədəki vəziyyətə ciddi təsir etməyəcək”

Məlum olduğu kimi, Suriyada yaranan vəziyyət Rusiyanı hərbi qüvvələrini ölkədəki bazalardan təcili çıxarmağa məcbur edir. Artıq bəzi mənbələr Rusiyanın həmin qüvvələri Ukraynaya göndərəcəyini bildirir.

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasına danışan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun dediyinə görə, bu qüvvələr Ukraynaya göndərilsə də belə, cəbhədəki ümumi vəziyyətə ciddi təsir etməyəcək.

Onun sözlərinə görə, 2024-cü ilin yayına olan məlumata görə, Suriyada özəl hərbi şirkətlərin nümayəndələri də daxil olmaqla, təxminən 6000-7500 rusiyalı hərbçi olub: “Müvafiq olaraq, bütün bu hərbi qulluqçular Rusiya Federasiyasına və sonra Ukraynaya qarşı müharibəyə göndərilsə belə, Rusiya ordusunun hücum əməliyyatlarında yüksək gündəlik itkilərini nəzərə almaqla, bu, cəbhədəki vəziyyətə ciddi təsir göstərməyəcək. Onu da qeyd edim ki, bu əsgərlərin bəziləri Afrikaya köçürülə bilər".

“AzPolitika.info”

Chosen
35
azpolitika.info

1Sources