EN

Anna Akopyan Aqazaryanın deputat mandatından məhrum edilməsini TƏLƏB EDİR

Anna Akopyan Aqazaryanın deputat mandatından məhrum edilməsini tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Hakim komanda bildirir ki, Ovik Aqazaryanın mandatının ləğvi prosesini Nikol Paşinyan yox, onun həyat yoldaşı Anna Akopyan başlayıb.

Onlar bildiriblər ki, “Mülki Müqavilə”nin bəzi üzvləri Paşinyanın qarşısında Aqazaryanın tərəfini tutmağa çalışıblar. Əgər o, mandatı vermək istəmirsə, qoy verməsin, amma bu qədər hay-küy salmayın. Amma Paşinyan israrlıdır.

“Mülki Müqavilə”yə məlum olub ki, Aqazaryan oktyabrın sonunda verdiyi müsahibədə Anna Akopyanın yaxınlarından biri olan bloqer Roman Baqdasaryanı “alçaq insan” adlandırıb və onun Anna Akopyanın çağırdığı iclasda iştirakından çaşdığını bildirib.

Daha sonra Baqdasaryanın “Bakı həbsxanasında ölməli olan Ruben Vardanyanın həbsinə görə Azərbaycana minnətdaram” deməsinə münasibət bildirərkən, o, belə deyib: “Onun kimi bir insana qiymət vermək üçün hətta mənim sözlərim belə yetərli deyil”.

Aqazaryan haqqında yayılan xəbərlərə hələ cavab vermədiyini, lakin ona təzyiqlər davam edərsə, adlar çəkəcəyi ilə hədələyib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources