EN

Nazir: Azərbaycanda elmi işlərdə plagiat halları sıfıra yaxınlaşıb

"Bu gün Azərbaycan elminin gəncləşməyə çox böyük ehtiyacı var"

AzEdu.az xəbər verir ki, bunu “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVII (NASCO XXVII) Respublika Elmi Konfransında Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib.

Nazir bildirib ki, Azərbaycan poeziyanı sevən bir millətdir, amma elmi məqalə yazmaq və onu çap etdirmək çox çətindir:

"Hazırda konfransda yüksək keyfiyyətli işlər təqdim olunur. Sevindirici haldır ki, Azərbaycanda plagiat halları sıfıra yaxındır. Dürüst insan başqa bir şəxsin əməyini oğurlamamalıdır. Akademik dürüstlük elmin və təhsilin önündə duran əsas prinsiplərdən biridir. Əgər biz alim adını dürüst şəkildə qazansaq, akademik nəticələrimiz də daha yaxşı olacaq".

Nazir əlavə edib ki, elmi adı olan şəxsin elmi fəaliyyəti olub-olmaması çox mühüm bir məsələdir:

"Bu, olduqca ciddi bir məsələdir və nazirlik olaraq bu məsələyə xüsusi diqqət yetiririk. Dövlət tərəfindən elm sahəsində bir sıra addımlar atılır. Məsələn, xaricdə təhsil proqramları vasitəsilə tələbə qəbulu həyata keçirilir və dünyanın 280-ə qədər ali təhsil müəssisəsində tələbələrimiz doktorantura üzrə təhsil alırlar. Bu rəqəmin 20 faizə qədər qaldırılması, yəni maliyyələşdirilməsi nəzərdə tutulur".

Chosen
43
azedu.az

1Sources