EN

Əsədin neçə milyard dollarla qaçdığı məlum oldu

Suriyada müxalifətin 61 illik Baas rejimini devirməsindən sonra Rusiyaya qaçan Bəşər Əsədin özü ilə nə qədər pul apardığı bəlli olub. 

“Cebheinfo.az” xəbər verir ki, Əsəd ölkəni tərk edərkən 135 milyard dollar aparıb.

Bu barədə Əsəd rejiminin kəşfiyyat orqanlarında çalışan Halid Beyye açıqlama verib.

Bildirək ki, noyabrın 27-si çərşənbə günü Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan silahlı müxalif qruplar 12 gün ərzində, hətta döyüşmədən bir çox şəhəri ələ keçirib.

Müxalifət paytaxt Dəməşqə nəzarəti ələ keçirdikdən sonra 61 illik Baas rejimi devrildi və Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığındı. Əsədin özü ilə apardıqları dünya gündəmində iz buraxdı.

Əsədin 135 milyard dollar qaçırdığını açıqlayan Halid Beyye bunları da deyib:

"Son prosesdən əvvəl böyük bir qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma yaşandı.

İlk döyüş Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında olub. Hərbi Kəşfiyyatla ordu arasında məlumat axını dayandı. Hələbin yıxıldığı gün başlayan məğlubiyyət müxalifləri Dəməşqə gətirdi”.

Beyye bildirib ki, proses zamanı komandanlıq səviyyəsində 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib.

Chosen
22
4
cebheinfo.az

5Sources