EN

Zahid Oruc: "Qərb Gürcüstanda xərclənən 20 milyard dolların hesabını istəyir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsində ortamənzilli strateji silahların işə salındığı bir vaxtda Qəzzadan Livana, daha sonra Suriyaya yayılan savaş, nəhayət hakimiyyət dəyişikliyinə səbəb oldu. Qonşu Gürcüstanda parlament seçkisindən sonra hakimiyyəti zorla dəyişmək istəyən Qərb dövlətləri küçə və meydan döyüşlərindən sonra silahlı toqquşmalara zəmin hazırlayır".
Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, son günlər NATO Baş katibi Mark Rütte gürcü hakimiyyətini ordunun müdaxiləsi ilə şantaj edib:
"ABŞ, Avropa Birliyi "qızılgül inqilabı"ndan sonra Gürcüstana sahiblik üçün xərclədikləri 20 milyard dolların hesabını tələb edir, hakimiyyətin bütün qollarındakı təsir agentlərini üsyana, siyasi itaətsizliyə qaldırırlar. Bəli, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazın ələ keçirilməsi uğrundadır. Unutmayaq ki, xarici ticarətimizin 14 milyard dollardan çoxu Tbilisi üzərindən aparılır. Bakı-Supsadan Cənub Qaz Dəhlizinə qədər strateji layihələri, 300 mindən çox azərbaycanlının taleyini, dörd milyard dollardan çox sərmayəmizi, Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünü nəzərə aldıqda geosiyasi döyüşlərin Bakı və Ankaranın birgə maraqlarına zərbə vurduğunu demək olar".
"Göründüyü kimi, Qarabağ Zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, vətəndaş toqquşmaları və silahlı qarşıdurmalar gedir. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük Qayıdışın və yeni vətən quruculuğunun qədrini bilir. Yerləşdiyimiz bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, Brüssel və ya Strasburqdan, yaxud şimal və cənubdan gələn birtərəfli əmrlərdən qorunan müstəqil dövlət qurub", - deyə deputat vurğulayıb.
Mərahim Nəsib
Chosen
38
42
oxu.az

10Sources