EN

“Məşğulluğa dəstək” layihəsi ilə bağlı Goranboy və Mingəçevirdə ictimai dinləmələr keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi” çərçivəsində Goranboy rayonunda və Mingəçevir şəhərində ictimai dinləmələr təşkil olunacaq.

Nazirlikdən "İki sahil"ə bildirilib ki, tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək. Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmələr Goranboy rayonunda dekabrın 11-i saat 14:00-da Ağsaqqallar evində (Goranboy şəhəri, Məmməd Məhərrəmov küçəsi), Mingəçevir şəhərində isə dekabrın 12-si saat 14:00-da Mingəçevir Gənclər Evinin inzibati binasında (Mingəçevir şəhəri, N. Nərimanov küçəsi 22A) keçiriləcək.

Chosen
20
2
ikisahil.az

3Sources