Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qolan Təpələrindəki bufer zonasında həyata keçirdiyi hərbi fəaliyyətin 1974-cü ildə İsrail və Suriya arasında imzalanan "Qoşunların Çıxarılması Sazişi"nə zidd olduğunu bildirib. BMT sülhməramlı qüvvələri israilli tərəfmüqabillərinə bu addımın sazişə uyğun olmadığını və bufer zonada hərbi fəaliyyətin qadağan olduğunu bir daha xatırladıblar. BMT-nin sözçüsü İsrail ordusunun bufer zonaya daxil olduğunu və həmin ərazidə ən azı üç bölgədə mövcudluğunu davam etdirdiyini təsdiqləyib.