EN

İstehlakçı hüquqlarının müdafiəsi tədbirləri effektiv nəticə verir

Bu ilin yanvar-oktyabr ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən 40 fiziki və hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Xidmətinin məlumatına görə, tərtib edilən protokolların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz azalma müşahidə olunub ki, bu da Xidmət tərəfindən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən intensiv maarifləndirmə tədbirlərinin effektiv nəticə verdiyini göstərir.

Chosen
27
vergiler.az

1Sources