EN

Peskov: "Bir sıra ölkələr Qarabağda vəziyyəti qeyri-sabitləşdirməyə cəhd edir"

Qərb siyasətçiləri Rusiyanı Qarabağ regionundan sıxışdırıb çıxarmaq istəyir, ancaq sülh və sabitliyin qarantı kimi heç kim Rusiyanın əvəzləyə biləcək durumda deyil. APA-nın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossii 1" telekanalında "Moskva. Kreml. Putin" verilişində bildirib. Dmitri Peskov deyib ki, 3-5 il əvvəl belə mübarizə diplomatik maska altında aparılıb, indi o maskalar çoxdan atılıb, mübarizə açıq formada aparılır: “Bir sıra ölkələr Qarabağ ətrafında vəziyyəti qeyri-stabilləşdirməyə cəhd edir. Bunun nəticəsində Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Əlbəttə, belə mövqe tutmaqla nəyəsə iddia etmək yersizdir. Bizi oradan sıxışdırmaq cəhdinə gəlincə, biz bunu bilirik və Rusiya bununla bağlı səylərini davam etdirir”.

Chosen
363
4
bizimyol.info

10Sources