EN

Azərbaycanda 2 minə yaxın insana orqan köçürülüb

Ölkəmizdə 2008-ci ildən qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur. Tətbiq edildiyi ilk gündən bəri Azərbaycanda 2 minə yaxın insanda orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Bunlardan 1500-ə yaxın əməliyyat Mərkəzi Gömrük Hospitalı tərəfindən aparılıb.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Mərkəzi Gömrük Hospitalının həkim-transplantoloqu Mircəlal Kazımi deyib.

O qeyd edib ki, beynəlxalq elmi konfransda professorlar orqan transplantasiyasında olan yenilikləri, öz təcrübələrini bölüşəcəklər: “Bu sahədə olan problemlərin müzakirə edilməsi gələcək nailiyyətlər baxımından vacib addımdır. Çünki konfransda bizim əsas hədəflərimizdən biri olan meyit donorlarının istifadə edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. İnsanların orqan problemi yaşayan xəstələrin öz sağlamlığına qovuşması üçün bunun vacib olduğunu düşünməsi əsas məqsədimizdir”.

Chosen
32
1
xezerxeber.az

2Sources