EN

TBNM üzərindən tranzit yükdaşımaları artıracaq Xəzər qovşağı yaradılır

Qazaxıstan 100 milyondan çox əhalisi olan Xəzər regionu ölkələrinə (Azərbaycan, Türkmənistan, İran, Rusiya) yönələcək Xəzər qovşağı yaradır. Layihə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan “Avrasiya” Transsərhəd Ticarət Mərkəzinin tikintisi çərçivəsində həyata keçiriləcək.

Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə ölkənin ticarət və inteqrasiya naziri Arman Şakəliyev transsərhəd qovşaqların inkişafına həsr olunan hökumət iclasında bildirib.

Onun sözlərinə görə, Xəzər qovşağı konteynerlərin saxlanması və dəmir yolu vaqonlarından dəniz konteynerlərinə yüklənməsi üçün meydançanın tikintisini, habelə onların emalı üzrə yüksək keyfiyyətli xidmətlərin göstərilməsini nəzərdə tutur.

Nazir əlavə edib ki, bu layihə Çindən Avropaya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yüklərin tranzit həcminin artırılmasına, həmçinin Türkmənbaşı-Aktau-ÇXR konteyner xəttinin inkişafına imkan verəcək.

Chosen
30
vergiler.az

1Sources