EN

Dünyanın ən varlı qaçqını: Əsəd Rusiyaya 135 milyard dollar aparıb

Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrildi. 61 illik Baas rejimi və 54 illik Əsəd sülaləsinin hakimiyyəti  sona çadıb.
Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya sığınıb.

Sherg.az xəbər verir ki, devrilmiş liderin Rusiyaya qaçarkən özü ilə nə qədər pul apardığı ilə bağlı yeni iddia ortaya atılıb.

“Türkiyə” qəzetində yer alan xəbərə görə, Şamdakı rejim kəşfiyyatından Halid Beyye “Hələb alındığı gün rejim yıxıldı” deyib. 
Beyye Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar apardığını iddia edib.

Keçən payızdan əvvəl böyük bir qarşıdurma olduğunu bildirən Beyye, Rusiya tərəfdarı olan komandirlərlə İranın dəstəklədiyi komandanlıq səviyyəsi arasında böyük qarşıdurma olduğunu söyləyib.

Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında döyüş olduğu iddia edilib.

Beyye bildirib ki, proses zamanı komandanlıq səviyyəsindən 273 yüksək rütbəli komandir rejim tərəfindən edam edilib. 


Digər tərəfdən müxalif qruplar Əsəd ailəsinə aid gizli tunel şəbəkəsini üzə çıxarıb.

Əsədin qardaşı general-mayor Mahir Əsədə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb.

Köşkün altındakı nəhəng tunelin qızıl daşıyan yük maşınlarının keçə biləcəyi qədər geniş olduğu bildirilib.

Devrilmiş lider ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya sığınıb. Lakin amansızlığı ilə tanınan qardaşının harada olduğu bilinmir.
Chosen
50
4
sherg.az

10Sources