EN

Xocalı, Ağdərə və Xocavənddə xüsusi ərazilər seçildi

Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

Axar.az xəbər verir ki, bu barədə Təmiz Şəhər ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, seçilmiş torpaq sahələrinin Təmiz Şəhər ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:

"Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin Təmiz Şəhər ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

Chosen
21
8
axar.az

10Sources