Xocalı, Ağdərə və Xocavənd rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.
Ekologiya.az xəbər verir ki, bunu “Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupunun iclasında deyib.
S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib: "Tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonları ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Komitə tərəfindən sərəncam verilib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".