EN

Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” üçün müasir infrastruktur qurulur

Naxçıvan, 10 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs üçün müasir infrastrukturun qurulmasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərkəz hərrac və müsabiqələrlə yanaşı, elektron hərracların təşkili və keçirilməsi üçün ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

Elektron Hərrac Sisteminin muxtar respublikada tətbiqi hərraclarda iştirak üçün müraciətlərin elekton qəbuluna, beh ödənişlərinin elekton yolla həyata keçirilməsinə, vətəndaşların uzaq məsafə qət etmədən hərraclarda onlayn iştirakına şərait yaradacaq. Bu isə hərracların keçirilməsi prosesində operativliyin və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.

Chosen
12
2
azertag.az

3Sources