Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan xarici ölkələrə 168 milyon 920 min dollar dəyərində 112 min 597 ton pambıq lifi ixrac olunub.
Bu barədə Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə pambıq lifi ixracında 1,5 dəfə, satılmış məhsulun dəyərində isə 1,8 dəfə artım qeydə alınıb.
Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycandan xarici ölkələrə 111 milyon 353 min ABŞ dolları dəyərində 62 min 927 ton pambıq lifi ixrac olunmuşdu.
Fuad Mədətov
Fins.az