EN

Təxribatçı keşiş “dirildi” - yenə sərsəmlədi

Ermənistanda təxribatçı keşiş Baqrat Qalstanyan “arada bir” mətbuatda görünür.

Musavat.com xəbər verir ki, bu gün o, qondarma “artsax nümayəndəliyi”nin qarşısında çıxış edib.

Qalstanyan Paşinyan hakimiyyətinin qondarma qurumu unutduğunu bildirib.

“Onlar dəfələrlə təsdiq ediblər ki, “artsax” adlanan (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan qondarma və oyuncaq quruma verilən uydurma ad - red.) torpaq parçası, coğrafi vahid onlar üçün mövcud deyil”, - deyə təxribatçı keşiş qeyd edib.

Qalstanyan həmçinin apardığı “müqəddəs mübarizə”nin mahiyyətinin dəyişmədiyini söyləyib.

Musavat.com

Chosen
24
musavat.com

1Sources