EN

Xocalı, Ağdərə və Xocavənddə bərk tullantılar üçün poliqon əraziləri seçilib

"Xocalı (20 ha), Ağdərə (10 ha) və Xocavənd (10 ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib".

Avtosfer.az report-a istinadən xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:

"Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

Chosen
19
7
avtosfer.az

10Sources